"Kainat gözəli" titulunu bu dəfə fransalı model İris Mitteneyr qazanıb.
7News.az-ın xarici mətbuata istinadən məlumatına görə, gözəllik tacı müsabiqə tarixində ikinci dəfədir ki, Fransa təmsilçisinə qismət olub.

24 yaşlı model ixtsasca stomatoloq-cərrahdır. Gözəllik tacını İrisə Stiv Harvi təqdim edib. İris Mitteneyr eyni zamanda ekstremal idman növləri, səyahət və aşpazlıqla ilə maraqlanır.

Müsabiqənin ikincisi və birinci vitse-miss mükafatını Haiti namizədi Rakel Pelisye qazanıb. İkinci vitse-miss isə kolumbiyalı Andrea Tovar olub.





7News.az








