Diş həkiminə gedən şəxsin başına gözlənilməz hadisə gəlib.
7News.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, diş ağrısı səbəbindən həkimə gələn Mustafa adlı kişi dişini çəkdirdikdən sonra gözünü də itirib. Belə ki, Mustafa diş ağrısı ilə həkimə gedib.
Onun atası bildirib ki, həkim heç bir rentgen və müayinə etmədən oğlunun dişini çəkib. Bundan sonra Mustafanın üzü şişməyə başlayıb. Həkim onun üzünün şişməsini dişi ilə bağlasa da, şişlik getdikcə artıb.
Xəstəni dərhal başqa xəstəxanaya əməliyyata yollayıblar. Lakin əməliyyatdan sonra onun üzü və gözü deformasiya olub. Ailə diş həkimini məhkəməyə versə də, həkim deyilənlərlə razı deyil.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

7News.Az