Türkiyənin Diyarbəkir əyalətinin Bağlar rayonunda baş verən terror hücumu zamanı azı 50 nəfər yaralanıb.
7News.az "CNN TÜRK”-ə istinadən xəbər verir ki, onlardan bir çoxunun vəziyyəti ağırdır. Bəzi mənbələr bir polis əməkdaşının şəhid olduğu barədə məlumat yayıb.
Güman edilir ki, hadisə partlayıcı dolu avtomobilin terrorla mübarizə və çevik polis binasının girişində havaya uçurulmasıyla törədilib.
7News.az








