Türkiyədə, Diyarbəkirin Dicle mahalında böyük bir partlayış qeydə alınıb.
7News.az-ın Hüriyyətə istinadən məlumatına görə, PKK terrorçularının təşkil etdiyi bomba yüklü maşının partlaması nəticəsində 2-si polis olmaqla 8 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardımlar sövq edilib.
Partlayış nəticəsində yol kənarındakı ev və iş yerlərində də zərər dəyib.
Polislərdən birinin vəziyyəti ağırdır.
7News.Az








