O, “Facebook” səhifəsində yazı paylaşıb.
Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.
Bu barədə 7News.Az Kommersant qəzetinə istinadən xəbər verir.
Nəşrə verilən məlumata görə, Roqozin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiq edib.
“Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!”, — deyə o cümə axşamına keçən gecə öz "Facebook" səhifəsində yazıb.








