7news.Az xarici mətbuata istinadən xəbər verir ki, "Forbes" jurnalı 2016-ci il üçün "Dünyanın ən nüfuzlu insanı" siyahısını açıqlayıb.
Siyahıda ilk pillədə Rusiyanın prezidenti Vladimir Putin qərarlaşıb. O, artıq 4 ildir ki, bu siyahıda liderliyi əldən vermir. Jurnal V.Putin haqda bunları qeyd edib: "Dünyanın ən nüfuzlu insanı artıq 4 ildir ki, Rusiyanın prezidenti Vladimir Putin seçilir. O, ölkəsinin təsirini bütün dünyada, öz vətənindən Suriyaya kimi, hətta ABŞ-da keçirilmiş prezident seçkilərinə qədər hiss etdirir". Siyahıda 2-ci pilləni Amerikanın hazırki prezidenti Donald Tramp tutur. Milyarder-prezident köhnə biznesini, otel, qolf meydançaları və göydələnlərini övladlarına verəcəyini bildirib. Reytinqdə 3-cü yerdə ötən ildən fərqli olaraq Amerikanın 44-cü prezidenti Barak Obama deyil, Almaniya kansleri Angela Merkel qərarlaşıb. İlk 10-luğa daxil olan dünyanın ən nüfuzlu insanlarının siyahısını təqdim edirik: 4. Çin Xalq Respublikasının sədri - Si Cinpin 5. Roma papası Fransisk 6. ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru - Canet Yellen 7. "Microsoft" şirkətinin sahibi - Bil Qeyts 8. "Google" şirkətinin başçısı - Larri Peyc 9. Hindistanın baş naziri - Narendra Modi 10. Facebookun banisi - Mark Zukerberq Qeyd edək ki, Fransanın prezidenti Fransua Olland 23, "Apple" şirkətinin hazırki direktoru Tim Kuk 32, Amerikanın keçmiş prezidenti Barak Obama isə siyahıda xeyli geriləyərək 48-ci sirada qərarlaşıb.