Dodağından öpdüyü qızı tərəfindən dili qoparılan müqəssir müdafiəsində "sevgilim zənn etdim, sürpriz etmək istədim, sinələrinə və ayaqlarına toxunmadım"-deyib.
7News.az "Haberler"ə istinadən bildirir ki, Esenyurtda 2016-ci ilin mart ayında zorla öpmək istədiyi E.O. Tərəfindən dili qoparılan müqəssir M.O. 12 ilə qədər həbs tələbi ilə mühakimə olunduğu məhkəmədə müdafiəsini edib. Müttəhim, "Gözlərini bağlayaraq ona sürpriz etmək istədim və dodağından öpmüşəm. 5-10 saniyə keçdikdən sonra mənim dilimi dişlədi. Dişləyəndən sonra dilimdən bir parça qopdu və bir miqdar qan fışqırdı"- deyib.
Bakırköy 3-ci Ağır Cəza Məhkəməsində davam etdirilən 3-ci iclasda müqəssir M.O., şikayətçi E.O. və tərəflərin vəkilləri iştirak ediblər.
Hadisədən 2 il sonra məhkəmənin iclas zalında ifadə verən müttəhim M.O, şikayətçiylə iclasda ilk dəfə üz-üzə gəlib. Məhkəmə Sədri Nedim Akalın müttəhim M.O. haqqında hazırlanan ittihamnaməni oxuyub və M.O.-dan müdafiəsini etməsini istəyib. Ötən iclas gəlmədiyi üçün barəsində məcburi gətirmə qərarı olan müttəhim M.O. kimlik testində subay olduğunu və universitet tələbəsi olduğunu deyib.
Müttəhim M.O. "dilimi dişləyəndə bir parça qopdu və bir miqdar qan fışqırdı. Paltarım qan olmuşdu. Öpmə hadisəsi 5-10 saniyədən çox çəkmədi. Mən qətiyyən şikayətçinin ailəsinə pul təklif etməmişəm" deyə cavab verib.
Söz alan şikayətçi E.O. da "Hava soyuq olduğu üçün o gün başımda bandana və şal vardı. Saçlarım top şəklində idi və görünmürdü. Saçlarımı görməsi mümkün deyil. Kimsə gecə saat 22.00-da o şəkildə sevgilisinə sürpriz etməz" ifadələrini işlədib.
Müttəhim M.O.-nun həbs olunma tələbini rədd edən məhkəmə heyəti M.O.-nun sevgilisinin də növbəti iclasa qatılmasını istəyib.
Digər tələbləri də rədd edən məhkəmə heyəti məhkəmə iclasını təxirə salıb.
7News.az








