RU
13:23
1124

"Doktoranturanı bitirənlərin böyük əksəriyyətı vaxtında müdafiə etmir"

"Hazırda Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 5320 nəfər təhsil alır, 116 elmi təşkilatda və ali təhsil müəssisəsində doktorantura pilləsi üzrə təhsil verilir. Doktorantura və dissertantlıq yolu ilə təhsil alanların 44 faizi elmi təşkilatların, 56 faizi ali təhsil müəssisələrinin payına düşür". 

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Doktorantların və gənc tədqiqatçıların XX respublika elmi konfransında çıxışı zamanı deyib.

C.Bayramov qeyd edib ki, doktoranturanı bitirənlərin böyük əksəriyyətı vaxtında müdafiə etmir. Onun sözlərinə görə, doktoranturanı bitirən gənclərin əksəriyyəti ali məktəblərdə qalıb işləməyə üstünlük vermir: "Təəssüf ki, ali məktəblər də bu sahə ilə bağlı kifayət qədər lazımi tədbirlər görmür. 2009-2013-cü illərdə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin doktoranturasının fəlsəfə doktoru proqramı üzrə bitirən 577 nəfərdən yalnız 125 nəfəri, yəni 21,6 faizi  universitetlərdə işlə təmin olunub"./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ