RU
“Dolanmaq üçün pis mahnılar oxumalısan” – Xalq artisti
15:00
525

“Dolanmaq üçün pis mahnılar oxumalısan” – Xalq artisti

Xalq artisti Samir Cəfərov yaradıcılığıyla bağlı maraqlı açıqlamalar verib. Məşhur vokal ifaçısı pul xatirinə səviyyəsiz mahnılar oxuduğunu etiraf edib.

7News.Az xəbər verir ki, ötən gün "Xəzər” TV-də qonaq olan Xalq artisti vokal sənətinin ona pul qazandırmadığını bildirib. Qeyd edib ki, toylarda, el şənliklərində vokal ifaçılarına tələbat yoxdur: "Bir müddət əvvəl "Əsən yellər” adlı mahnı ifa elədim. Bundan sonra toylara dəvət aldım, şənliklərdə iştirak etməyə başladım. Nə etmək olar, dolanmaq, pul qazanmaq üçün bəzən pis mahnılar da oxumalısan”.

2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunan xanəndə işdən çıxmasının səbəbini də açıqlayıb. Samir Cəfərov deyib ki, Gəncədə yaşamaq, fəaliyyət göstərmək üçün ona heç bir köməklik edilməyib: "Ev vermədilər, digər sosial problemlərimin həllinə kömək etmədilər. Ayda 360 manat maaş alırdım. O da yollarda xərclənirdi. Şərait ağır olduğyu üçün cəmi bir il dözə bildim”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ