RU
Dollar harada və necə çap olunur?
16:30
2000

Dollar harada və necə çap olunur?

Dünyada əsas valyuta hesab edilən ABŞ dolları harada və necə hazırlanır?

Dollar ABŞ-ın Federal Ehtiyat Sİstemi tərəfindən sifariş edilir. Banknotların keyfiyyət və təhlükəsizliyini təmin etmək və lazımi nəticəyə varmaq üçün xüsusi istehsalat prosesi yaradılmışdır.

İlk lazım olan ¼ hissəsi kətan ipdən və ¾ hissəsi isə pambıqdan ibarət olan xüsusi kağızdır. Hazır kağız isə ultrabənövşəyi dalğavari xətlərə sahibdir. ABŞ dollarının çap olunduğu yerə isə bu kağızlar eni 0,6426, uzunluğu isə 8 min metr olan rulon şəklində gətirilir.

Digər vacib olan komponent isə boyadır. Banknotun üz hissəsinə maqnit tərkibli qara, digər üzünə isə maqnit tərkibi olmayan yaşıl rəng vurulur. Banknotların təhlükəsizliyini təmin etmək və onları saxtalaşdırılmadan qorumaq üçün bütün bu xırdalıqlar mütləqdir.

Dollarların çap olunması üçün kağız xüsusi presslərdən keçirilir. İlk öncə dolların əks tərəfi, daha sonradan isə üz tərəfi çap olunur. Çap zamanı isə xüsusi təhlükəsizlik elementləri həyata keçirilir. Çapın keyfiyyəti isə xüsusi scaner və texnika vasitəsiləə yoxlanılır.

Daha sonradan çap olunmuş vərəqlər qurudulur və ayrı-ayrı banknotlara bölünür. Hazır pullar isə qablaşdırma lentləri ilə bağlanılır və növbəti daşınma üçün hazır vəziyyətə gətirilir.

Qeyd edək ki, pulların istehsal prosesinə ABŞ-ın Federal Ehtiyat sistemi nəzarət edir. Emissiya haqqına isə sistem iştirakçısı olan 12 federal ehtiyat bankı sahibdir. Hər bir dollarda isə dolların buraxılma yerini bildirən xüsusi qeyd mövcuddur.//banker

7news.az

A Boston

B New York

C Philadelphia

D Cleveland

E Richmond

F Atlanta

G Chicago

H St. Louis

I Minneapolis

J Kansas City

K Dallas

L San Francisco

 

 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ