RU
Dollar kreditlərini manata çevirmiş şəxslər də prezidentin fərmanından faydalanacaqlar
11:02
452

Dollar kreditlərini manata çevirmiş şəxslər də prezidentin fərmanından faydalanacaqlar

Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.

7News.Az "Report"a istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

"Həmin şəxslər banklardan manatla kredit alsalar da, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar", - deyə o, qeyd edib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır:

"İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki, buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ