RU
Dollar Rusiyada 2015-ci ildən bu yana ən aşağı səviyyəyə düşdü
19:16
766

Dollar Rusiyada 2015-ci ildən bu yana ən aşağı səviyyəyə düşdü

Rusiyada dolların məzənnəsi 2015-ci ilin oktyabrından bu tərəfə ilk dəfə 61 rubldan aşağı düşüb.

7News.az xəbər verir ki, Moskva birjasında 1 dollar 60,98 rubldan satılıb. Avro da ucuzlaşın. Avropa Birliyinin valyutası hazırda Rusiyada 64,69 rubldan dəyişdirilir.

Nəzərə çatdıraq ki, rubl neftin dünya bazar qiymətinin yüksəlməsi ilə dollara qarşı dəyər qazanır. Belə ki, bazarlarda neft katirovkaları 4,8 faiz bahalaşıb.

Bildirək ki, OPEC-ə daxil olmayan ölkələrin də hasilatın azaldılması yönündə qərar verməsi dünya bazarında neftin qiymətini yüksəldib.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ