ABŞ valyutası TL-yə qarşı tarixi zirvəsini yeniləyib Səhər saatlarında aparılan əməliyyatlarda türk lirəsi dollara qarşı %0.2 enişlə 3.56 lirə səviyyəsində qərarlaşsa da, proses dayanmayıb.
7News.az "Bloomberg”ə istinadən xəbər verir ki, gunortaya doğru lirə dollar qarşısında yenidən ucuzlaşıb. Bir dollar 3.6401 lorə təşkil edib. Bu da dollarınTL-yə qarşı tarixi zirvəyə yüksəlməsi deməkdir. Türk lirəsi bu gün valyut bazarında dollara qarşı ən böyük enişi nümayiş etdirən valyuta olub.
Qeyd edək ki, analitiklər dolların 4 lirəyə yüksələcəyini proqnozlaşdırırlar.
7News.az








