RU
Dollar və avro dəyişmək istəyənlərə ŞAD XƏBƏR! Gün ərzində...
16:30
5882

Dollar və avro dəyişmək istəyənlərə ŞAD XƏBƏR! Gün ərzində...

"Bank Silk Way" ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalları quraşdıracaq.

 Artıq I terminal bankın baş ofisində quraşdırılıb və istifadəyə verilib.

"Növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək", - deyə məlumatda qeyd edilir.

Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri manat, dollar və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə biləcəklər.

Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:

- Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi;

- Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.

Terminal vasitəsilə valyuta dəyişməsi "Bank Silk Way"in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.//apa
 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ