Avrasiya İqtisadi Birliyinin (AİB) vahid valyutası 2025-ci ildən sonra dövriyyəyə buraxıla bilər.
7news.Az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
O deyib ki, hazırda vahid valyutadan söhbət getmir: "Hamı Avropa İttifaqındakı (Aİ) təcrübəni bilir. Vahid valyutanın yaradılması ən son mərhələ ola bilər. Bu, 2025-ci ildən sonranın perspektividir”.
Nazirin sözlərinə görə, Aİ-da ticarət və xidmət bazarı təşkil edilmədən vahid valyutanın yaradılması iqtisadi disbalansa, son nəticədə isə böhrana gətirib-çıxarıb: "AİB çərçivəsində əsas məsələ bank sistemi və maliyyə bazarları da daxil olmaqla, bütün istiqamətlərdə idarəetmənin uyğunlaşdırılmasıdır”.








