RU
Dolların bir az da düşəcəyi gözlənilir
23:44
11895

Dolların bir az da düşəcəyi gözlənilir

Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılıb. Bu barədə bank dairələrindən məlumat verilib.

Bugünkü hərracda dollara tələbat çox az olacağı və tələbin hətta minimal səviyyədə təqdim ediləcəyi ehtimal olunur.

Bununla da AMB dolların martın 31-nə olan rəsmi məzənnəsini 1,54 AZN/USD-yə düşəcəyi proqnozlaşdırılır.

Həftənin sonuna qədər isə rəsmi məzənnə hətta 1,50 AZN/USD-yə yaxınlaşa bilər.

BANKLAR 1,49-DAN ALIRLAR

Artıq bəzi bankların (Unibank, Bank Respublika) dolları 1.49 səviyyələrindən aldığı bildirilir./marja.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ