RU
Dolların məzənnəsi azalmağa başlayıb - Türkiyədə
11:30
600

Dolların məzənnəsi azalmağa başlayıb - Türkiyədə

Türkiyədə ABŞ dolların məzənnəsi dünən, dekabrın 2-də 3,5966 TRY/USD - tarixi rekord səviyyəsinə yüksəldikdən sonra azalmağa başlayıb. 

Dekabrın 2-də səhər saatlarında Türkiyə prezidenti R.T.Ərdoğanın faizləri endirmək zərurəti ilə bağlı açıqlaması son günlər, onsuz da, yüksələn dolların məzənnəsini sərt şəkildə artırıb. Açıqlamadan sonra dollar 2,7%-dək artdıqdan sonra əhali və investisiya fondlarının mənfəət məqsədli satışları ilə geriləməyə başlayıb və günü 0,5% artımla 3,52 TRY/USD səviyyəsində bitirib.

Report-un analitik qrupu dolların məzənnəsinin 3,40 TRY/USD-yə kimi gerilədikdən sonra 2016-cı ili 3,45 TRY/USD səviyyəsinə yaxın bitirəcəyini proqnozlaşdırır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ