Bu gün saat 5:30 radələrində Qaxın bəzi kəndlərində dolu yağıb.
Yağıntı 10-15 dəqiqə davam edib. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu ərazisindən keçən hissəsində, həmçinin Zəyəm, Tasmallı, Lələpaşa, Qındırğa, Marsan kəndlərində fərdi təsərrüfatlara ziyan vurub.
Bəzi ərazilərdə ağaclar, elektrik dirəkləri aşıb. Elektrik enerjisinin verilişində problemlər yaranıb. Hazırda problemlərin aradan qaldırılması və elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir, dəyən ziyanın miqdarı müəyyənləşdirilir./milli
7news.az








