RU
Doğma anası uşağın ürəyini yumruqladı:
01:08
763

Doğma anası uşağın ürəyini yumruqladı:

Ögey ananın usağı döyərək işgəncə verməsinin görüntülərindən sonra bu dəfə daha dəhşətli görüntülər yayılıb. Bu dəfə uşağa işgəncə edən ögey ana yox, öz doğma anasıdır.

Cebhe.info xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Qadın dini nikahla evləndiyi və 2 il əvvəl ayrıldığı ərindən olan 4 və 5 yaşlı uşaqlarına qarşı ağılasığmaz igəncələr edib.

Havva K. adlı qadın qohumlarının müraciətindən sonra saxlanılıb. Ancaq polisə ifadəsində uşaqların divandan yıxılaraq xəsarət aldığını deyib.

Sərbəst buraxılan qadın evə qayıtdıqdan sonra da işgəncəyə davam edib. Bu dəfə o, divanda oturan uşağın ürəyini yumuruqlayıb.

Oğlunun ürəyinə vurarkən “öl, öl” deyə qışqıran qadının görüntüləri cib telefonu ilə çəkilib. Uşağını ürəyindən yumuruqlayan qadının yanında olan başqa bir qadın isə “Vurma, qorxut, çox üz verirsən” - deyə bildirir.

Şiddət görüntülərinin cib telefonu ilə kim tərəfindən çəkildiyi bildirilmir.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ