RU
Doğma torpaqlar həsrətində: Samir Pənəliyev yazır
22:43
599

Doğma torpaqlar həsrətində: Samir Pənəliyev yazır

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və sakinlərin oraya qayıtması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün yaxın olması ilə bağlı inam hissini gücləndirir.
Mən, Samir Pənəliyev Laçın rayonunda anadan olmuşam. Həmçinin aktiv ictimai fəaliyyətlə də məşğul oluram. Azərbaycan Gənclər Fondunun 18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il tarixlərində keçirdiyi 8-ci qrant müsabiqəsində "C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə mən də iştirak etmişdim və "Etika və ictimai davranış mədəniyyətinin təbliği” adlı layihəm uğur qazanmışdır. Layihəm uğurla icra da edilmişdir. Bütün nailiyyətlərimə baxmayaraq bir gənc laçınlı olaraq anadan olduğum dogma torpaqlarıma qayıtmağın həsrəti içindəyəm. Laçın rayonu sakinlərinin yenidən oraya qayıtması, ümumiyyətlə işğal altında olan torpaqlarımızın azad edilməsimənim kimi bütün laçınlıların əsas arzusudur. 
Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. 2016-cı il aprelin 2-də Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini azad etməsi ilə Ermənistan ordusunun bu kəndə yaratdığı təhlükə aradan qalxdı. Bu gün artıq Cocuq Mərcanlıda sakinlərin asayiş içində yaşaması üçün dövlətimiz hər cür şərait yaratmağa qadirdir. Aprel döyüşlərinin nəticələri və Azərbaycan Ordusunun qüdrəti insanlara öz doğma yurdlarına qayıdıb əmin-aman yaşamalarına stimul yaradır. Prezident İlham Əliyevin Lələtəpə yüksəkliyində və işğaldan azad edilmiş digər ərazilərdə hərbçilərlə, sakinlərlə görüşü xalqımızın ona və qələbəyə olangüvənini daha da artırır.
Prezident İlham Əliyevin dəfələrlə qeyd edib ki, Azərbaycana ən müasir silahlar gətirilib və bu proses mütəmadi olaraq davam edəcək. İnanıram ki, hərbi qüdrətimizin yüksək sürətlə davam etməsi və inkişafı zəif iqtisadiyyata malik Ermənistanı yaxın gələcəkdə öz işğalçılıq siyasətindən imtina etməyə vadar  edəcək və öz azad edilmiş torpaqlarımıza qayıda biləcəyik.
 

Samir Pənəliyev

 
7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ