7NEWS.az xəbər verir ki, ötən bazar ertəsi Dominikan Respublikasının paytaxtı Santo Dominqo yaxınlığındakı San-Kritobal şəhərində bir iş yerində baş verən partlayış nəticəsində insan itkiləri artıb. Mülki Müdafiə Direktorunun müavini Delfin Antonio Rodriguez verdiyi açıqlamada, dağıntılar altından çıxarılan cəsədlərlə həyatını itirənlərin sayının 25-ə yüksəldiyini və daha sonra xəstəxanada dünyasını dəyişənlərin olduğunu söylədi.
7NEWS.az








