RU
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb
12:20
29

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb

Dominikan Respublikasının paytaxtında "Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb.

Bu barədə yerli "Diario libre" qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.

Məlumata görə, dağıntılar altında qalan insanların axtarışı davam etdirilir.

Qeyd edək ki, hadisə müğənni Rubbi Peresin konserti zamanı baş verib.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ