Vaşinqtonda, Kapitoli təpəsində ABŞ-ın yeni, 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.
Mərasimdən əvvəl Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pensin andiçmə proseduru olub.
7news.Az ABC-yə istinadən bildirir ki, Donald Tramp iki Bibliyada and içib. İlk Bibliyanı anası ona 1955-ci ildə bazar məktəbini bitirməsi münasibətilə hədiyyə edib. İkinci Bibliya isə ABŞ-ın 16-cı prezidenti Avraam Linkolna məxsusdu.
İnauqurasiya mərasimində 800 mindən artıq insan iştirak edib.
Mərasimdən sonra Donald Tramp senator və konqresmenlərlə təntənəli nahara qatılacaq, sonra təntənəli paradı qəbul edəcək və xanımı Melaniya Tramp ilə bir neçə balda iştirak edəcək.
----------------
Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.
Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.
Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.
Prezidentliyinin sonuncu günü Obama "Tvitter” hesabında "Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam”, deyə bildirib.
Qarşılanma mərasimində B.Obama D. Trampa "Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.
7news.Az








