ABŞ-ın yeni seçilmış prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı Rusiya prezidenti Putin ilə "anlaşa biləcəyini” deyib.
Onun sözlərinə görə, bu anlaşma hər iki dövlətin xeyrinə olacaq.
"Əgər Putinin Trampdan xoşu gəlirsə, bu bizim üstünlüyümüzdür”, - deyə D. Tramp bildirib.
Tramp iki dövlətin birgə əməkdaşlıq məsələsinə də toxunub. O, bildirib ki, ABŞ Rusiya ilə birgə terrorçuluğa qarşı mübarizə zamanı əməkdaşlıq edə bilər:
"Düşünürəm ki, Rusiya bizə İŞİD terrorçularına qarşı mübarizədə kömək edə bilər”, - deyə Tramp bildirib./olke.az
7news.Az








