7NEWS.az xəbər verir ki, Vaşinqton Bölgə Məhkəməsinə təqdim edilən 45 səhifəlik iddianamədə 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişməyə cəhd etdiyi iddia edilən "6 Yanvar Konqres basqını” ilə bağlı aparılan araşdırmalar çərçivəsində Trampa qarşı 4 yeni ittiham irəli sürülüb. Trampın "2020-ci il prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyətdə qalmaqda qərarlı” olduğu iddia edilən ittihamnamədə keçmiş prezidentin seçkilərin nəticələri ilə bağlı yalanlar yaydığı qeyd edilib.
7NEWS.az








