ABŞ prezidenti Donald Tramp koronavirusla bağlı keçirilən mətbuat konfransında açıqlamalar verib.
7News.Az xəbər verir ki, Tramp virusun ABŞ-da yayılmasının qarşısını almaq üçün yaradılan 15 günlük fəaliyyət planını açıqlayıb.
ABŞ prezidenti "Covid-19"un müalicəsi üçün hazırlanan peyvəndin birinci mərhələli laboratoriya testlərinə verildiyini bildirib.
Tramp jurnalistlərin ABŞ-da həyatın normala qayıdacağı ilə bağlı sualına "Pandemiya iyul və ya avqust ayında başa çata bilər, amma hələ dəqiq deyil" cavabını verib.








