RU
Donetskdə neft bazasında yanğın olub, ölən və yaralananlar var
16:20
1156

Donetskdə neft bazasında yanğın olub, ölən və yaralananlar var

Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazasının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumatı "RİA Novosti” yayıb.

Bildirilib ki, atəş nəticəsində neft bazasının ərazisində 4 neft çəni və 2 benzindaşıyan yanıb. Hər çənin həcmi 5 min kub metrdir.

Rusiya iddia edir ki, neft bazanı Ukrayna Silahlı Qüvvələri atəşə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ