ABŞ-ın Şimali Dakota ştatında yeni neft kəmərinin tikintisinə qarşı keçirilən aksiyalarda maraqlı görüntülər ortaya çıxıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, günlərdir keçirilən aksiyalar qarlı havalarda da davam edir. Güclü şaxtaya baxmayaraq, sakinlər etiraza ata vermirlər. Dünəndən etibarən güclü qar yağmağa başlasa da, minlərlə insan bağlanılan körpü üçün yürüş keçirib. Maraqlı fotoları təqdim edirik:
Qeyd edək ki, Şimali Dakotada 3.8 milyard dollara başa gələcək neft kəmərinin tikintisini Barak Obama dayandırsa da, daha sonra Donald Tramp layihənin davam edəcəyini açıqlamışdı.








