Gəncədə bıçaqlanma hadisəsi baş verib. Yanvarın 8-i axşam saat 23 radələrində Gəncə şəhər sakini, 33 yaşlı Rabil Məmmədov yaxınlarının köməyi ilə döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə TTYX-ya gətirilib.
Yaralını dərhal əməliyyat ediblər. Rabil Məmmədovun hansı zəmində bıçaqlandığı aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bıçaqlanan Rabil Razim oğlu Məmmədov 1983-cü il təvəllüdlüdür.
Məlumata görə, R. Məmmədovu aralarında yaranan mübahisə zamanı dostu, 1976-cı il təvəllüdlü Namiq Telman oğlu Qənbərov bıçaqlayıb. O, könüllü olaraq, hüquq-mühafizə orqanlarına təslim olub. /apa
7News.Az








