RU
Dostunu bıçaqlayan şəxs
13:42
389

Dostunu bıçaqlayan şəxs

"Söyüşü bağışlayardım, amma vurmağına dözəmmədim".

Binəqədi rayon ərazisində bıçaqlanan paytaxt sakini Alı Alıyev 1 saylı kliniki xəstəxanaya çatdırılıb. Dərhal xəstəni əməliyyata götürən həkimlər onun həyatını xilas edə biliblər.

Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Xaliq Kələntərov saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadə verərkən törətdiyi cinayət əməlini etiraf edib. Alı Alıyevlə yaxın dostluq etdiyini deyən Kələntərov hadisə zamanı hər ikisinin sərxoş olduğunu bildirib. Əməlinə görə peşman olduğunu da bildirən Xaliq Kələntərov dostunu onu təhqir etdiyi və vurduğu üçün bıçaqladığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ