RU
Dostunun telefon söhbətinə görə adam öldürən gənc 10 il cəza alıb
16:23
419

Dostunun telefon söhbətinə görə adam öldürən gənc 10 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Zəngilan rayon sakini Elşən Zeynalovun (1995-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il dekabrın 14-də Bakıxanov qəsəbəsi ərazisində Elşən Zeynalov dostu Sabir Əliyevin Abbas Təhməzovla
(1996-cı il təv.) aralarında yaranan mübahisələrinə müdaxilə edərək, sonuncuya bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Ağır yaralanan Təhməzov yoldan keçən taksi avtomaşınına oturaraq, özünü 3 saylı klinik xəstəxanasına çatdırıb, amma həkimlərin müdaxiləsinə baxmayaraq o massiv qanitirmədən dünyasını dəyişib. Hadisədən sonra Elşən Zeynalov Sabir Əliyevdən ayrılaraq, yaşadığı evə yollanıb, səhərisi gün vurduğu oğlanın öldüyünü bilib və könüllü Sabunçu RPİ 13-cü polis bölməsinə gələrək, təslim olub.

İstintaqla müəyyən edilib ki, Elşən Zeynalov məhəllədə olarkən dostu Sabir Əliyev ona danışıb ki, bir gün əvvəl tanışı Abbas Təhməzov ona məxsus mobil telefonu əlindən alaraq, qaytarmaqdan imtina edib. Sabir Elşəndən kömək istədiyiy üçün onunla birgə söhbəti ayırd etməyə getməyə razılıq verib. Qəsəbədə, "dağ" adlanan ərazidə görüşüblər, Abbas da görüşə tək gəlməyib, yanında bir nəfər də olub. Söhbət zamanı Təhməzov söyüş söyərək, Sabir Əliyevə telefonu qaytarmayacağını bildirib və üstünə adam gətirdiyini irad tutub. Bu vaxt Abbasın qərəzli danışığından əsəbiləşən Elşən telefonu özündən zəif olan oğlanın əlindən aldığını deyib və cibindən açılıb-qatlanan bıçagı çıxararaq Təhməzovun qarın, sonra isə döş qəfəsinə zərbələr vurub. Sonuncu qışqıraraq "ikiqat" əyilib və yerə yıxılıb, bunu görən Elşənlə Sabir hadisə yerindən piyada uzaqlaşıblar.

İstintaqın sonunda E.Zeynaovun əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.2 və 228.4-cü maddələrinə tövsif edilib.

Məhkəmə prosesində Elşən Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək ifadəsində Təhməzova qorxutmaq niyyəti ilə zərbələr vurduğunu göstərib. O, əməlindən peşman olduğunu qeyd edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ