RU
Doğum günündə binanın 8-ci mərtəbəsindən yıxıldı — sağ qaldı
18:45
413

Doğum günündə binanın 8-ci mərtəbəsindən yıxıldı — sağ qaldı

Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.

Hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib. 

Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evdə özünün ad gününü qeyd edib. Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb. C.Cəmilov ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyətində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb. 

Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ