7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Pərvin Abışova paylaşım edib: "Bu qadının adı Abdullayeva Güllbədə Əl qismət qizıdır Əvvəllər saç ustası olub. İndi əməliyyat edir, olub Dr Gülü. Onun diplomunu, lisenziyasını araşdırmaq aidiyyatı qurumlara qalır. Amma narkozda olan qadını bu vəziyyətdə çəkib paylaşmaq həqiqətən cinayətdir. Əminəm ki heç bir Azərbaycan qadını anlaqlı vəziyyətdə olduğu halda bu cür paylaşılmasına icazə verməz. "Dost Estetik Mərkəzi"ndə tezliklə keçmiş vəkilləri , jurnalistləri, maklerləri, taksi şoferini də "Dr" kimi görə biləcəksiniz"








