ABŞ müdafiə naziri Eşton Karter Əfqanıstandakı partlayış nəticəsində amerikalıların ölməsi xəbərini təsdiqləyib.
"Bu barədə Pentaqon rəhbərinin yaydığı bəyanatda bildirilib. Partlayış şənbə günü səhər Pərvan əyalətində yerləşən əsas ABŞ və NATO-nun Baqram hərbi bazasının yaxınlığında baş verib.
"Terrorçu-kamikadze törətdiyi partlayış 2 ABŞ hərbçisinin və müqavilə ilə işləyən iki amerikalının həyatına son qoyub. Daha 16 ABŞ və bir polşalı hərbçi isə yaralanıb”, - deyə Karter qeyd edib.
"Terroru törədənlərə mənim cavab sadədir. Biz Əfqanıstanın müdafiəsi və təhlükəsiz gələcəyinin təmin edilməsi üçün edəcəyimiz yardımdan imtina etmək fikrində deyilik”, - Nazir bildirib./qafqazinfo
7news.Az








