RU
Dörd aylıq əkizlərini evdə tək qoyan cütlüyün körpəsi ACINDAN ÖLDÜ - FOTO
17:50
511

Dörd aylıq əkizlərini evdə tək qoyan cütlüyün körpəsi ACINDAN ÖLDÜ - FOTO

Rusiyada 4 günlük ziyafətə gedən cütlüyün əkizləri evdə yalnız qalıb.

7News.Az xəbər verir ki, Rusiyanın Vilyuçinsk bölgəsində yaşayan 23 yaşlı ana Margarita Yanayeva ve 35 yaşlı ata Aleksey 17 həftəlik əkiz uşaqlarını evdə tək qoyaraq içki məclisinə gediblər. 4 gün davam edən içki partisindən qayıdan valideynlər körpələrdən birinin aclıqdan öldüyünü görüblər.

Digər körpə isə aclıqdan vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib. Belə ki, Margarita içki məclisində əkizləri barədə verilən suallara cavab olaraq körpələrinin koronavirusa yoluxduqlarını və xəstəxanada müalicə aldıqlarını deyib.

Uşaqların nənəsi valideynləri tapa bilmədikdə polisə xəbər verib. Barələrində cinayət işi açılan cütlüyü 20 il müddətində azadlıqdan məhrum olma cəzası gözləyir (ölkə.az).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ