RU
Dörd nəfər qazdan zəhərlənərək öldü – Ermənistanda
12:40
252

Dörd nəfər qazdan zəhərlənərək öldü – Ermənistanda

Ermənistanın Lori rayonunun Alaverdi şəhərində yerləşən mənzillərin birində dörd nəfərin, o cümlədən iki yeniyetmənin meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, ölən şəxslər bir ailənin üzvü olub. 

Dekabrın 25-də Alaverdi şəhərinin tibb mərkəzindən mənzillərin birində dörd nəfərin öldüyü barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb edilən istintaq-əməliyyat qrupu 2002 və 2004-cü il təvəllüdlü yeniyetmələrin və onların valideynlərinin meyitlərini tapıb.

Hadisə yerinə baxış keçirən polis qaz sobasının işlədiyini qazsiqnalizatorun isə dövrəyə qoşulmadığını aşkarlayıb.

Baş verən hadisə ilə bağlı cinayət işi açılıb./Oxu.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ