RU
Dörd oyunda üç cəzalı
10:02
524

Dörd oyunda üç cəzalı

Topaz Premyer Liqasının VIII turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.Turun 4 qarşılaşmasında göstərilən vərəqələr bəzi oyunçuların qarşısında "qırmızı işıq” yandırıb.

 

Cəzalılardan ikisi "Zirə” - "Neftçi” matçından sonra belə vəziyyətə düşüb. Qonaqların futbolçusu Rahil Məmmədov ikinci sarı üzündən qırmızı vərəqə aldığı üçün "Qarabağ”la IX turun matçını buraxacaq. Paytaxt derbisində Vüqar Mustafayevin aldığı xəbərdarlıq isə onun mövsümdə 4-cü cəzası olub. Futbolçu bu üzdən AZAL-la növbəti turun matçında "istirahət edəcək”.

 

Digər cəzalı isə "İnter”in heyətindədi. "Qəbələ” ilə qarşılaşmada 4-cü sarı vərəqəsini alan Fuad Bayramov da 1 matçlıq cəzalanıb. O, qarşıdakı turun "Kəpəz”lə oyununu buraxacaq.

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ