Avstraliyanın şimalında hər kəsin təəccübünə səbəb olan hadisə baş verib.
İki üzgüçü dalğalara görə sahildən 700 metr aralı düşüblər və geri qayıda bilməyiblər.
Bu zaman xilasedicilər "Little Ripper” adlı drondan istifadə edərək onlara kömək göstərib.
Dron üzgüçülərə xilasedici sal atıb. Üzgüçülər salı tutaraq onun vasitəsilə sahilə çıxıblar.
Hadisə drondakı kamera vasitəsilə qeyd alınıb./oxu
7News.Az








