Dövlət Sosial Müdafiə Fondu (DSMF) dünən iki tender keçirib.
7news.az xəbər verir ki, hər iki tenderin nəticələrini də açıqlayıb.
Məlumatda bildirilir ki, DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək xidmətlərlə bağlı iki bankla anlaşma əldə edib. Belə ki, Azərbaycan Beynəxalq Bankı (ABB) ilə anlaşmaya əsasən həmin xidmətlər üçün 23 milyon 573 min 3 manat ödənilib.
İkinci bank isə Kapital Bankdır. Fond sözügedən bankla xidmətlərin həyata keçirilməsi üçün 28 milyon 15 min 689 manatlıq müqavilə imzalayıb.
Qeyd edək ki, hər iki bankla bir illik razılaşma əldə edilib.








