RU
DTX saytını istifadəyə verdi
13:05
1052

DTX saytını istifadəyə verdi

Dövlət Təhlükəsizlik Xidmətinin yeni saytı fəaliyyətə başlayıb. 

7News.Az-ın verdiyi xəbərə görə, bu gündən istifadəyə verilən sayt dtx.gov.az domenində yerləşir. Saytda qurum haqda məlumatlar, qanunvericilik bazası, beynəlxalq əməkdaşlıq, kitabxana, Heydər Əliyev adına Akademiya və DTX-ya aid xəbərlərin yayımlandığı bölmələr yaradılıb.

Qurumun ictimaiyyətlə əlaqələr və “Qaynar xətt” nömrələri də açıqlanıb. DTX-nın balansında olan digər qurumlar haqda məlumat yerləşdirilib. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ