Bir neçə gün əvvəl 34 yaşlı oğlunu itirən Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Maktumun başından "qara buludlar" çəkilmir. İndi də Maktumun Türkiyədəki otelində yanğın baş verib.
7news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, «Jumeirah Bodrum Palace»dakı olay zamanı otelin bir neçə otağı yanaraq külə dönüb. Şahidlər deyir ki, vaxtında qarşısı alınmasaydı, yanğın bütün otaqlara, həmçinin yaxınlıqdakı vilalara keçəcəkdi.
Dünyanın lüks otel şəbəkələrindən biri olan «Jumeirah Group» tərəfindən 3 ay əvvəl Türkiyənin Bodrum istirahət bölgəsində açılan otel 135 otaqdan və ətrafdakı bir neçə villadan ibarətdir.
İlkin versiyaya görə, yanğına kondinsionerlərdə baş verən qısaqapanma səbəb olub. Hadisə ilə bağlı təhqiqat başladılıb.
7news.az








