BƏƏ-nin Dubay şəhərinin Əl-Bəda rayonunda bir evə düşən mərmi nəticəsində yanğın baş verib.
Bu barədə Dubay hökumətinin mətbuat xidməti "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Agentlik bildirib ki, hadisə baş verən zaman evdə heç kəs olmayıb. Lakin həmin vaxt binanın yaxınlığında olan dörd nəfər zərər çəkib. Onların aldıqları xəsarətlərin yüngül olduğu vurğulanır.
09:10
BƏƏ-nin Şarja Əmirliyində İranın pilotsuz uçuş aparatı "Thuraya Telecom" telekommunikasiya şirkətinin inzibati binasına çırpılıb.
Regional hökumətin mətbuat xidməti hadisə barədə sosial mediada məlumat yayıb.
Bəyanata görə, Şarja Əmirliyindəki səlahiyyətli orqanlar mərkəzi bölgədəki hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.








