RU
Dubayda göydələn yanır - Video
09:30
674

Dubayda göydələn yanır - Video

Dubayda yerləşən dünyadakı ən yüksək qüllələrdən birində yanğın hadisəsi baş verib.

7news.Az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gulfnews məlumat yayıb.

İlkin məlumata görə, yanğın 79 mərtəbəli Torch göydələnində baş verib.

Yanğının binanın doqquzuncu mərtəbəsində başladığı və qısa müddət ərzində yuxarı mərtəbələrə yayıldığı bildirilib. Sakinlər binadan təxliyə edilib. Yanğının nəzarətə götürülməsi istiqamətində tədbirlər görülür.  

Daha çox "Dubay məşəli” adı ilə tanınan göydələndə bundan əvvəl 2015-ci ildə də güclü yanğın baş vermişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ