RU
“Dubayı vuracağıq” – İran hədələdi
11:50
275

“Dubayı vuracağıq” – İran hədələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) general Qasım Süleymaninin ölümü üçün intiqam məqsədi ilə başlanan "Şəhid Süleymani” əməliyyatının üçüncü mərhələsi zamanı BƏƏ-nin Dubay, İsrailin Hayfa şəhərlərini vurmaqla təhdid edir.

7News.Az xəbər verir ki, bu barədə CNN SEPAH-a istinadən məlumat yayıb.

 

Məlumatda SEPAH-ın İsraili Süleymaninin öldürülməsində ABŞ-ın tərəfdaşı saydığı vurğulanıb.

Təşkilatın açıqlamasında "Bu cinayətin bir hissəsi kimi İsraili ABŞ-dan ayrı hesab etmirik” ifadəsinə yer verilib.

Bu açıqlama İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra yayılıb.

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ