Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib.
Bu barədə aeroportdan bildirilib.
Məlumata görə, təyyarələrin uçuşu cədvələ uyğun həyata keçirilir.
"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə aeroportda bildiriblər./trend
7news.az








