RU
Dünən 2476 nəfər toya buraxılmayıb - 120 nəfər CƏRİMƏLƏNİB
11:50
181

Dünən 2476 nəfər toya buraxılmayıb - 120 nəfər CƏRİMƏLƏNİB

İyulun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqini həyata keçirib. 

Daxili İşlər Nazirliyindən (DİN) 7News.Az-a verilən məlumata görə, monitorinq 211 şadlıq sarayında, 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2476 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ