RU
Dünən 33 nəfər toya buraxılmayıb
14:40
579

Dünən 33 nəfər toya buraxılmayıb

Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 33 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ