RU
Dünən boğulan neftçinin meyiti tapıldı
10:53
504

Dünən boğulan neftçinin meyiti tapıldı

Ötən gün dənizdə boğulan neftçinin meyiti tapılıb.

Bu barədə açıqlama verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Əliyev Musa Əhməd oğlunun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, ötən gün Xəzər dənizində bədbəxt hadisə baş verib.

SOCAR-ın "Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir./apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ