BiG.AZ-ın hadisə yerində olan xüsusi müxbiri xəbər verir ki, ötən gün 3 saatdır od tutub yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi demək olar ki, tamamilə yanıb külə dönüb. Məhsulları yanan, nəticədə olduqca böyük məbləğdə ziyana düşən sahibkarlar isə çox aqressivlik nümayiş etidirb. Jurnalistləri çəkiliş meydanından qovan sahibkarlar müsahibə verməkdən də imtina edib.
Özünü "Təzə bazar"ın sahibinin bacısı kimi qələmə verən qadın olduqca aqressivliyi ilə seçilib. O, jurnalistlərə əl qaldıraraq, onlardan məkanı tərk etməyi tələb edib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
7News.az
Görüntüləri təqdim edirik:























