RU
Dünən hava rekord həddə isti olub - Rəsmi
11:36
286

Dünən hava rekord həddə isti olub - Rəsmi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2017-ci il avqustun 09-da  müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

Qurumdan 7news.Az-a daxil olan açıqlamada bildirilir ki, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında  40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da  2015-ci il 02 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək  isti qeydə alınıb. 

 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ